İoT (Əşyaların İnterneti) texnologiyaları həyatımıza sürətlə daxil olur və gündəlik fəaliyyətlərimizi asanlaşdırmaqla yanaşı, çox sayda məlumatın toplanmasına da imkan verir. İoT, internetə qoşulan cihazların bir-birilə əlaqə quraraq məlumat mübadiləsi etməsini təmin edir.
Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov "informator.az"a bildirib ki, bu texnologiyalar, həyatımızda artıq çox geniş yayılıb, məsələn, sağlamlıq izləmə cihazları - elektron saatlar, üzük və digər geyilə bilən texnologiyalar vasitəsilə bizə aid müxtəlif məlumatlar toplanır:
"Bu məlumatlar əsasən, bizim fiziki fəaliyyətimiz, sağlamlıq vəziyyətimiz və həyat tərzimiz haqqında məlumatlar ehtiva edir. Texnologiyaların yaradıcısı olan şirkətlər bu məlumatları toplamağa və analiz etməyə başlayırlar. Əldə olunan məlumatlar birgə emal edilərək bizə müxtəlif bildirişlər və tövsiyələr təqdim olunur. Məsələn, elektron sağlamlıq cihazları, ürək problemləri və infarkt kimi ciddi sağlamlıq məsələlərini əvvəlcədən proqnoz edə bilirlər. Bu cür məlumatların kütləvi şəkildə toplanması yeni texnologiyaların inkişafına təkan verir və insanların həyatını daha da yaxşılaşdırmağa yönəldilir.
Lakin bu məlumatların çoxu bizə birbaşa lazım olmur, amma toplandıqda bu məlumatlar böyük əhəmiyyət kəsb edə bilər. Kütləvi məlumat toplanması müəyyən qurumlar və tədqiqatçılar üçün çox faydalı ola bilər. Bu məlumatlardan istifadə edərək, onların vərdişləri və sağlamlıq vəziyyəti haqqında yeni texnologiyalar və proqnozlar hazırlanır. Burada diqqət çəkən məqam budur ki , əgər məlumatlarımızın təhlükəsizliyi düzgün şəkildə qorunmazsa, şəxsi məlumatlarımızın yanlış əllərə keçməsi riski mövcuddur".
Bu səbəbdən, məlumatlarımızın qorunması çox vacibdir. Biz öz məlumatlarımızı özümüz qoruya bilsək, texnologiya bizə daha faydalı proqnozlar verə bilər və şəxsi məlumatlarımıza zərərli müdaxilələrdən qorunmuş olarıq. Hər halda, bu proseslər kütləvi şəkildə həyata keçirildiyindən, məlumatların qorunması və düzgün istifadə olunması əhəmiyyətli bir məsələdir:
"Beləliklə, İoT texnologiyalarının həyatımıza daxil olması həyat keyfiyyətimizi yüksəltməklə yanaşı, məlumat təhlükəsizliyi və şəxsi məxfiliyin qorunmasına dair məsələləri daha da aktuallaşdırır. Bu texnologiyalar inkişaf etməyə davam etdikcə, həm şəxsi həyatımıza, həm də cəmiyyətin sağlamlıq vəziyyətinə müsbət təsir göstərəcək yeni imkanlar açılır. Lakin bütün bunlarla yanaşı, məlumatların təhlükəsizliyi təmin edilməli, şəxsi hüquqlarımıza zərər gəlməməlidir".
Çinarə Tarverdiyeva
Xoş danışığa “Chatgpt” daha yaxşı cavab verir? - Süni intellekt mütəxəssisi ilə müsahibə
İKT
23.04.2025
Bu saytlara girməyin! Pullarınız oğurlana bilər – Xəbərdarlıq
Kibertəhlükəsizlik
22.04.2025
Türk dünyası üçün Süni İntellekt İnstitutu – Bakı bu yükü daşıya bilərmi?
İKT
22.04.2025
E-İştirak platforması nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
İKT
15.04.2025
Kartdan pulu belə oğurlayırlar – AÇIQLAMA
Kibertəhlükəsizlik
14.04.2025
Zamanla göstərdiyim nəticələr və əzmkarlığım bu düşüncələri dəyişdirməyi bacardı
Sosial
14.04.2025
Hansı məhsulların qiyməti arta bilər? – Açıqlama
Sosial
12.04.2025
"WhatsApp"-ın uzaqdan izlənilməsi birmənalı olaraq mümkün deyil" - AÇIQLAMA
Kibertəhlükəsizlik
11.04.2025