19.05.2025
17:11
Sosial
Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır. Bu ölkələrin rəqəmsal texnologiyalardan məsul nazirləri Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə öz səylərini koordinasiya etməyi müzakirə edəcəklər. Sözügedən görüşün isə iyunun 6-da keçiriləcəyi planlaşdırılır.

Azərbaycanda da sosial şəbəkə istifadəçilərinə məcburi yaş məhdudiyyəti tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirdi ki, o, bir neçə il əvvəl bu barədə tədqiqat aparıb:

"Tədqiqat göstərirdi ki, bir çox platforma, o cümlədən də feysbuk müəyyən yaş altı fərdləri öz qeydiyyatında müəyyən meyarlar arasında iştirakçıya çevirir. Məsələn, bəzi yaş kateqoriyalarında – səhv xatırlamıramsa, 15-16 yaşdan aşağı olanlar üçün – çat bölməsi açıq olmur. Bu tip qaydalar sosial şəbəkələrin daxili siyasətləridir. Bu qaydalar bəzi platformalarda tətbiq olunur, bəzilərində isə olmur. Bundan əlavə, yaş məhdudiyyəti məsələlərində də fərqliliklər müşahidə edilir. Həmçinin xarici, o cümlədən də Avropa ölkələrində yetkinlik yaş dövrləri müxtəlifdir. Belə ki, bəzi ölkələrdə yetkinlik yaşı 13, bəzilərində 16, digərlərində isə 18 yaş kimi qəbul olunur. Azərbaycanda isə bu yaş həddi 18-dir".

Mütəxəssis qeyd etdi ki, beynəlxalq platformalar hələlik ölkələrə görə fərqləndirilmiş fəaliyyət göstərmirlər.

"Beynəlxalq platformalarda bir meyar tətbiq olunur və bu meyar bütün istifadəçilərə şamil edilir. Adətən onların öhdəlikləri və yaratdıqları meyarlar, qeydiyyatda olduqları ölkələrin qanunlarına əsasən müəyyənləşir. Məsələn, feysbuk Amerikada qeydiyyatdadır və hansı ştatda qeydiyyatdadırsa, o ştatın qanunlarına uyğun fəaliyyət göstərmək məcburiyyətindədir. Məşhur platformalar beynəlxalq müstəvidə iştirak etsələr də, hər bir ölkənin qayda və qanunlarına tabe deyillər və buna məcbur da deyillər. Əgər Avropa Birliyinin və ya Amerikanın yaş məhdudiyyəti ilə bağlı çağırışı varsa, sosial şəbəkələr bu çağırışlara daha tez reaksiya verirlər. Çünki həm internet imkanları, həm də istifadəçi sayı baxımından ABŞ və Avropa ölkələri üstünlük təşkil edirlər. Bu səbəbdən onların etirazları daha tez nəzərə alınır, nəinki kiçik ölkələrin. Məsələn, Azərbaycanda 9 milyondan çox internet istifadəçisi var, bunun 6 milyondan çoxu isə sosial şəbəkələrdən istifadə edir. Bu rəqəm sosial şəbəkə şirkətləri üçün böyük hesab olunmur. Ona görə də biz də digər ölkələr kimi onların tətbiq etdiyi qaydalara əməl etməli oluruq", - deyə Elvin Abbasov vurğuladı.

Xəbər lenti

SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR

İnfrastruktur

02.09.2025

Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir

İnternet

28.08.2025

“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA

İnternet

28.08.2025

Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"

İKT

27.08.2025

Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA

Sosial

26.08.2025

“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı

Kibertəhlükəsizlik

26.08.2025

Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur

Kibertəhlükəsizlik

26.08.2025

Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."

Kibertəhlükəsizlik

22.08.2025

Daha çox