İdarə heyəti sədrinin mesajı
Elvin Abbasov
İdarə heyətinin sədri
Dəyərli həmkarlar və tərəfdaşlar,
Dünyada ən böyük maliyyə mənbəyinə çevrilən İKT gəlirləri, bu sektoru prioritet sahəyə çevirmişdir. Bu sahədə yaradılan xidmət və istehsallar bütün dünyada həyat standartını dəyişmişdir. Ölkəmizdə də bu istiqamətdə təkmin işlər getməkdədir. Dövlət tərəfindən geniş miqyaslı işlər görülməkdə, dövlət qurumları xidmətlərini elektron müstəviyə keçirtməkdə, ağıllı şəhər, ağıllı kənd konseptləri yaradılmaqdadır. Bütün bunlar böyük investisiya tələb etməkdədir və yerli şirkətlərimiz bu istiqamətdə bir çətir altına toplanmasa bu sahədə görülən bütün işlərdə xarici şirkətlər baş rolda olacaq. Bu isə sərmayənin ölkədən getməsi deməkdir. Sərmayənin daxildə dövr etməsi və güclənməsi üçün sərmayənin milliləşməsi lazımdır, iqdisadi sabitlik ancaq bu yolla qoruna bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox istehsalçı iqtisadiyyatının mexanizmi sistemləşdirilməlidir. Sərmayənin milliləşməsi konseptual mövzudur və bütün istiqamətlərdə bu istiqamətdə islahatlar aparılması gərəkməkdədir. Təkminləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir, yəni insan kapitalı. Təbii ki, sərmayənin milliləşməsi bir təfəkkür işidir, milli məsuliyyətlilik gərəktirir. Çünki düşüncə hadisənin təməlidir. İstehsal etməyən ölkə başqalarının qurduğu gələcək üçün işləməyə məcburdur. Bu səbəbdən ölkəmizdə dövlət sektorunda və sahibkarlıq fəalliyyətlərində azad fikirli insanlar intelektual yeniliyi dəstəkləməli, ekonomik strategiyasını müasir dünyanın tələblərinə uyğun, eyni zamanda milli şüurla təkminləşdirməlidir.
Sərmayənin milliləşmə strategiyası :
- Öz əmək və istehsalatımızın gücü ilə bütün istiqamətlərdə məhsuldarlığının və eyni zamanda keyfiyyətinin artırılması müstəqil iqdisadiyyat üçün ən böyük amil və milli iqdisadiyyat modelidir.
- Sərmayənin milliləşməsi, Milli inkişaf mexanizimi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır.
- Beynalxaq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəssislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkminləşmə mexanizmi yaradılmış olacaqdır.
Yerli şirkətlərin təcrübəsinin artırılmasına və mütəxəssislərin inkişafına dəstək olaraq hər dövlət layihəsinin xarici şirkətlərə verilməsi halında belə yerli şirkətlərə bilik və təcrübə qazandıracaq bir mexanizm yaradılmalıdır və əsas şərtlərdən biri isə hər bir layihənin yerli şirkətlərin üzərindən aparılması, hətta xarici şirkətlərə yerli şirkətlərin baş iştirakçısı olma şərti ilə verilməlidir. Bu mexanizm yerli şirkətlərin təcrübəsinin artmasında və mütəxəssislərin yetişməsində böyük rol oynayacaqdır. Sərmayənin milliləşməsində aparıcı sahələrin (neft və aqrar sektor, turizm, sənayelərin və IKT sahəsi ) brendləşməsi, bu brendlərin xarici bazarda rəqabət prosesinə qoşulması ilə sərmayənin çölə axınının qarşısını alıb tam əksi prosesə başlamalıyıq, xarici sərmayəni ölkəyə cəlb etməliyik.