Gizlilik siyasəti

Gizlilik siyasəti

Hörmətli üzv, məlumatlarınızın məxfiliyinin qorunması “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (bundan sonra “Assosiasiya”) üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, Assosiasiya “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. Assosiasiya şəxsi məlumatlarınızı yalnız xidmətlərimiz və Assosiasiya haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək. Müasir informasiya texnologiyalarının bizə verdiyiniz məlumatların toplanmasında və istifadəsindəki əhəmiyyətini əks etdirmək üçün bu “Məxfilik Siyasəti” adlanan sənəd hazırlanmışdır. Bu “Məxfilik Siyasəti”ndə “biz”ə edilən istinadlar Assosiasiya münasibətdə istifadə olunur və “siz”ə edilən istinadlar fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur. Bu “Məxfilik Siyasəti” Assosiasiya tərəfindən idarə olunan www. aictia.org veb-saytında (veb-sayt) toplanan məlumatlara aiddir. Assosiasiya sizin “istifadəçi” (sadəcə veb-sayta daxil olan istifadəçi) və ya “üzv” (qeydiyyatdan keçmiş istifadəçi) olmağınızdan asılı olmayaraq, məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə etməklə, əlaqə vasitələrinizi daxil etməklə və ya qeydiyyatdan keçməklə, siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Bu razılıq tərəfinizdən saytda müəyyən olunmuş qaydalara uyğun olaraq qeydiyyatınız ləğv edildiyi müddətədək qüvvədədir. Hər hansı şərt və ya qayda ilə razı deyilsinizsə, xahiş edirik veb-saytdan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz. Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik Siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik Siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcək və ya email vasitəsilə sizə göndəriləcək. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi sizə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik Siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, sizə münasibətdə tətbiq ediləcək.

ŞƏXSİ OLMAYAN İNFORMASİYALAR

Qeyd edək ki, siz veb-sayta daxil olaraq özünüz haqqında hər hansı şəxsi məlumatları verməyə də bilərsiniz. Bəzi hallarda veb-sayta daxil olarkən Assosiasiya tərəfindən sizə aid olan, ancaq şəxsi əhəmiyyət kəsb etməyən məlumatlar avtomatik rejimdə qeydiyyata alına bilər. Bunlar “cookies” adlanaraq, istifadə etdiyiniz internet brauzeri vasitəsilə sizin kompüterin sərt yaddaşına göndərilən hərf və rəqəmlərdən ibarət işarələrdir. Bu cür informasiyalara sizin hansı internet brauzerdən istifadə etdiyiniz, kompüterinizin əməliyyat sistemi, internet şəbəkəsinin domen adı, İP ünvanınız, veb-saytda baxdığınız səhifələr və ya hansı sayt/reklamdan bizim veb-saytda yönlənməyiniz haqqında məlumatlar daxildir. Eyni zamanda, “cookies” və ya ona oxşar fayllar vasitəsilə kompüterinizə bəzi məlumatlar yerləşdirilə bilər. Əksər internet-brauzerlərin köməyilə siz “cookies”i sərt diskdən silə, onların yaddaşda saxlanmasını əngəlləyə və yaxud onların saxlanacağı haqqında xəbərdarlıq ala bilərsiniz. Lakin, nəzərə almaq lazımdır ki, həmin informasiyaların qarşısını almaqla siz veb-saytın bütün seçimlərindən yararlanmaq imkanından məhrum ola bilərsiniz.

FƏRDİ MƏLUMATLAR

“Fərdi məlumatlar haqqında” Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, sizdən istənilə biləcək, ancaq buradakı siyahı ilə məhdudlaşmayacaq fərdi məlumatlar aşağıdakılardır:

– Ad və soyad;

– Email ünvanı;

– Cins;

– Doğum tarixi;

– Poçt ünvanı;

– Kredit kart nömrəsi.

Burada qeyd olunan fərdi məlumatların toplanması həmin fərdi məlumatların subyektinin eyniləşdirilməsi,verifikasiyası və marketinq məqsədləri üçün həyata keçirilir. İstənilən halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnuzu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, veb-sayt vasitəsilə müəyyən xidmətlərdən yararlanmaq, saytda hesab açmaq, ləvazimatları icarəyə götürmək üçün bu məlumatların qeyd olunması ilkin şərtdir. Xüsusilə vurğulamaq istəyirik ki, yuxarıda göstərilən fərdi məlumatları veb-sayta daxil etmədiyiniz təqdirdə, veb-saytda nəzərdə tutulmuş imkanlardan məhrum olacaqsınız. Assosiasiya ancaq könüllü olaraq ötürdüyünüz (məsələn, əgər siz onlayn qeydiyyat sənədini, istifadəçilərin abunəlik forması, hər hansı onlayn sorğu və ya veb-sayt daxilində digər xidmətlərə üzvlük sənədini doldurursuzsa) fərdi məlumatları toplayır. Əlavə olaraq, Mərkəz verdiyiniz məlumatlardan yeniliklər, veb-saytda olan dəyişikliklər, yeni məhsul və xidmətlər haqqında sizə emaillə məlumat vermək üçün istifadə edə bilər. Veb-saytdakı xidmətlərdən istifadə etmək tamamilə könüllülük prinsipinə əsaslanır. “Məxfilik Siyasəti”nin mahiyyəti ondan ibarətdir ki, məlumatlarınızın üçüncü şəxsə ötürülməsi barədə sizə xəbər vermədən və sizin yazılı razılığınız olmadan fərdi məlumatlarınızı Assosiasiya (və ya müqavilə əsasında fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsinin həvalə edildiyi fərdi məlumatların operatoru) istisna olmaqla digər şəxs və qurumlara ötürmür və ya satmırıq. Bununla belə, “Fərdi məlumatlar haqqında” Qanunun 13.2-ci maddəsi ilə müəyyən olunmuş bəzi istisna hallarda fərdi məlumatlarınızın ötürülməsi mümkündür. Məsələn, bu cür məlumatların qanunvericiliyin tələbi ilə müvafiq orqanlara verilməsi mümkündür. Bundan əlavə, “Fərdi məlumatlar haqqında” Qanunun 9.9-cu maddəsinə əsasən mülkiyyətçi fərdi məlumatların toplanılmasını və işlənilməsini müqavilə əsasında, fərdi məlumatların mühafizəsinin təmin olunması şərti ilə operatora həvalə etmək hüququna malikdir. Fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsi operatora həvalə edildikdə, bu barədə (o cümlədən, operatorun kimliyi barədə) sizə yazılı məlumat veriləcək. Qeyd etməyi zəruri hesab edirik ki, toplanılan və işlənilən fərdi məlumatlar veb-saytda yüksək səviyyədə mühafizə olunur.

SİZİN HÜQUQLARINIZ

“Fərdi məlumatlar haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq, siz aşağıdakı hüquqlara maliksiniz:

(a) Veb-saytda özünüz barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq.

(b) Özünüz barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin sizin üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq.

(c) Özünüz barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq.

(d) Özünüz barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək

(e) Özünüz barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək.

(f) Fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək.

(g) Özünüz barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək.

(h) Özünüz barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək.

(i) “Fərdi məlumatlar haqqında” Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.