Xidmətlərimiz

Fizibilitə

Texniki-iqtisadi konsultasiya : Şirkətlərin edəcəkləri investisiyaların texniki və maliyyə imkanlarını qiymətləndirilməsi, investisiya qərarının əsasını təşkil edəcək bütün lazımi məlumatların investisiya qoyulmadan əvvəl qiymətləndirildiyi bir prosesi əhatə edir. AİKTSA-nın “Fizibilite” xidməti sadəcə İKT sahəsini əhatə etməkdədir.

Virtual ofis

Katiblik, sənətlər üçün ünvan və aylıq saat hesabi ofis Yerli və xarici şirkətlər, həmçinin də fərdi sahibkarlar AİKTSA-nın nəznində “Virtual Ofis” xidmətinə qoşularaq, saat hesabı ilə, müasir interyerə malik ofis, rəsmi sənədləşmə üçün ünvan, həmçinin 10:00 – 18:00-dək təyin edəcəyiniz elaqə nömrəsini cavablayacaq katiblik xidməti əldə etmiş olacaq.

Kommunikasiya xidməti

AİKTSA referansı ilə əlaqələndirmə AİKTSA üzvlük tarifindən və tədbirlər planından başqa, dövlət və qeyri dövlət qurumları ilə xüsusi görüşlər təşkil edərək hədəflərinizə daha tez çatmaqda sizə xususi xidmət göstərməyi hədəfləyir.

Hüquqi dəstək

İKT sahəsində hüquqi dəstək AİKTSA üzvlük tarifindən əlavə olaraq öz şəbəkəsində yer alan şirkətlərə Azərbaycan qanunvericiliyinə, həmçinin Beynalxalq hüquqa uyğun sazişlərin bağlanması və digər hüquqi dəstəklərin verilməsi.

Media dəstəyi

Piyar. AİKTSA şəbəkəsində yer alan şirkətlərin xidmət, məhsul və ya tədbirlərinin mediada işıqlandırılması, təyin edilmiş məqsədə çatmaq üçün seçilmiş hədəf kütləsinə çatdırılması üçün piyar xidməti aparılması.

Co-Working

TimeCoWork - Bakının mərkəzində dəniz kənarı milli parka 2 dəqiqə, 28 may metrosuna 5 dəqiqə piyada məsafədə, sizlərə əlçatan qiymətlərlə konfortlu və müasir, iş yerləri, görüş otaqları təklif edir. AİKTSA-nın tərkibində yaranan kovorkingdə sizə mentorluq edəcək bir çox peşəkar məsləhətcilərdən dəstək ala biləcəksiniz.

Co-Creation

Birgə yaradıcılıq : AİKTSA-nın Co-Creation programı çərçivəsində bir çox şirkət birgə məhsul yaratmaq və ya inkişaf etdirmək fürsəti eldə edəcəkdir. Yerli layihələrin inkişafı və milli resursların yaradılmasında AİKTSA dünya təcrübəsində sınaqdan kecmiş yeni metodları tədbiq etməkdədir. Birgə yaradıcılıq şirkətlərimizə yeni dəyər qatacaq.