Fəlsəfəmiz
İntellektual Sərmayə
Xidmətlərin istehsalında intelektual sərmayənin rolu getdikcə artmaqdadır, çünki insan və intellektual kapital şirkətin dəyərinin tərkib hissəsi kimi təsbit olunur. Təkmilləşmənin fundamental amili intellektual sərmayənin güclənməsidir. İnsan kapitalı nə qədər kvalifikasiyalı olarsa, o qədər dəyər yaradar. İntellektual sərmayənin artması uzunmüddətli perspektivdə ölkəmizə yəni milli resurslar qazandıracaq, milli brendlər yaranacaq, həmçinin də mütəxəssislərimizin inkişafına böyük töhfə olacaq.
Rəqəmsal Tərəqqi
Rəqəmsal transformasiyanın sürətləndirilməsi, xidmət və istehsalın keyfiyyətinin müasir standartlara yüksəldilməsinə, rəqəmsallaşmanın tətbiq sahəsinin genişlənməsinə böyük töhfə verəcəkdir: “Rəqəmsallaşmanın əsas hədəfləri mühitin münbitləşməsi, sağlam rəqabət üçün əlverişli şəraitin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar hal-hazırda icra edilən və gələcəyə hədəflənmiş geniş miqyaslı layihələrin uğurla nəticələnməsində böyük rol oynayacaq.
Sağlam Rəqabət
Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ölkənin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, haqsız rəqabətlə mübarizə tədbirlərinin gücləndirilməsi kimi sistemli tədbirlər həyata keçirilir
Planlı İnkişaf
Texnologiyanın tərəqqisi ilə innovativ biznes daim yenilənməkdə, təkmilləşməkdə və beynəlmiləl prosesə çevrilməkdədir. İnnovativ resurslarımızın məhdudluğunu nəzərə alsaq, innovativ milli biznesin beynəlmiləl rəqabətçiliyə yüksəlməsi də xidmətin və istehsalın ixtisaslaşması planlı inkişafın əsas tərkib hissəsi olmalıdır.
Şəffaf mühit
Biznesin dayanıqlılığı və inkişafı ümumi ekosisteminin münbitləşməsi ilə birbaşa əlaqəlidir. Daxili və xarici investisiyanın cəlb edilməsi üçün sektorda inam zəminin yaradılması əsas amillərdən biridir. İmtiyaz və güzəşt əldə etmiş sahibkarlıq subyekti dövlət qarşısında öhdəliyini daha şəffaf şəkildə yerinə yetirəcəkdir.