Tarixçəmiz
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” 12.08.2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37-2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir.
Tarixçəmiz
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi-nin loqosu ağ fon üzərində göy (mavi) Buta, Butanın üzərində ki naxışlar elektron sixem olaraq təsvir edilmişdir. Logoda istifadə edilən Buta ― Azərbaycanın tanınmış nişanəsidir. Olduqca çox sirli tərəflərə malikdir. Buta bir çox qədim əsərlərimizdə də adı çəkilən bir nişanədir, onda tariximizin izi var. Butanın sirriləri arasında Qız Qalası da gizlənir. Görünür bu səbəbə görə, xalqımız Butanı Azərbaycanın milli rəmzi hesab etmişlər. Buta yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir. Dünyada 6 rəqəmini xatırladan ən məşhur üç tikili vardır: Bunlardan biri Misirdə, digəri Mesopatomiyada, digəri isə Bakıda yerləşən Qız Qalasıdır. Buta bizim tariximizin bir hissəsidir. Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilmişdir. Butanın izahlı lüğətlə olan tərcüməsi belədir: qönçə və parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.