Virtual Azerbaijan Group of Companies

2014-ci ildən fəaliyyətə başlayan "Virtual Azerbaijan Group of Companies" şirkəti hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılmasına və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Biz qısa zaman ərzində bu sahədə bir sıra uğurlu layihələrə imza atmışıq və ölkəmizdə bir sıra dövlət layihələrini icra etmişik.


Şirkət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyasına sahibdir.


Virtual Azerbaijan Group of Companies “İnformasiya-kommunikasiya texnolgiyaları ” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir.


Şirkətdə 60-a yaxın xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, beynəlxalq sertifikatlara sahib əcnəbi və yerli mütəxəssislər çalışmaqdadır.


Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir.


BİZİ NİYƏ SEÇMƏLİSİNİZ ?

Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağının fərqindəyik, Biz layihələrimizlə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun yenilikçi fikirlər əsasında səmərəliliyi artirmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq.

Virtual Azerbaijan Group of Companies

CEO:Elvin Abbasov

Yaranma tarixi: 12.03.2014

Ünvan: Time Business Center

Fəaliyyət növü: Hardware & Software Engineers