2018-ci ildən fəaliyyətə başlayan "TimeSoft" şirkəti hazırda Azərbaycanda IT sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Biz qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atmışıq və ölkəmizdə bir sıra yeni platformalar hazırlamışıq.
İntellektual Operativ Sistemlər
Müasir dünyanın tələblərinə uyğun və dünya praktikasını ələ alaraq Azərbaycan qanunvericiliyinə uyğun eletron platformalar hazırlayan TimeSoft şirkəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə mərkəzləşmiş elektron iş imkanları təklif edir.
TimeSoft bir platforma şirkətidir. Yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır. Şirkətin Hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarında kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Şirkət hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir.
Bizi niyə seçməlisiniz?
Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağının fərqindəyik, Biz layihələrimizlə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun yenilikçi fikirlər əsasında səmərəliliyi artirmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq.
CEO:Elvin Abbasov
Yaranma tarixi: 16.10.2018
Ünvan: Time Business Center
Fəaliyyət növü: Biznes proseslərinin avtomatlaşdırılması