“Yaxın zamanda Azərbaycanda 500 Mbit/s və daha yüksək internet sürəti görə biləcəyik. “Onlayn Azərbaycan” layihəsi bitdi və ölkənin hər yerinə GPON texnologiyası tətbiq olundu. Bu müddətdə yaradılan və yenilənən infrastruktur layihələrinin nəticəsidir ki, biz hazırda 10G və 50G PON texnologiyalarından danışa bilirik”.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov öz “Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, Azərbaycan internet sahəsində artıq həqiqi ultrasürət adlandırılan mərhələyə yaxınlaşır:
“Aztelekom” rəsmilərinin müsahibəsi qarşıma çıxdı. Müsahibəni oxuduqdan sonra deyə bilərəm ki, artıq həqiqi ultrasürət adlandırdığımız mərhələyə yaxınlaşırıq. Bəs 500 Mbit/s və daha yüksək internet sürəti istifadəçiyə nə verir? Bu sürət həm gündəlik, həm də peşəkar fəaliyyətlərdə çox böyük rahatlıq və performans vəd edir. İstifadəçilər böyük ölçülü faylları saniyələr içində yükləyə və paylaşa biləcəklər. Məsələn, 1 GB ölçüsündə video təxminən 16-17 saniyəyə yüklənir. Bu, xüsusilə “bulud” əsaslı platformalarda işləyənlər, dizaynerlər və videomontajla məşğul olanlar üçün böyük üstünlükdür. Bundan əlavə, yüksək sürət videozənglər zamanı səs və görüntü keyfiyyətini artırır, sənədlərin paylaşımını sürətləndirir və eyni zamanda bir neçə platformadan istifadə etməyə imkan verir. Bu, həm distant təhsil, həm də ev-ofis rejimində işləyənlər üçün idealdır. Bu saydıqlarım hələ üstünlüklərin bir qismidir. Belə səviyyədə internet sürəti yalnız bu günün deyil, yaxın gələcəyin də ehtiyaclarını qarşılayır. VR/AR texnologiyaları, yüksək interaktiv platformalar və inkişaf etmiş onlayn xidmətlər bu tip sürətli bağlantılarla daha effektiv olacaq”. Dördpendirli pizza
Nazim Hacıyev
SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR
İnfrastruktur
02.09.2025
Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir
İnternet
28.08.2025
“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA
İnternet
28.08.2025
Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"
İKT
27.08.2025
Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA
Sosial
26.08.2025
“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı
Kibertəhlükəsizlik
26.08.2025
Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur
Kibertəhlükəsizlik
26.08.2025
Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."
Kibertəhlükəsizlik
22.08.2025