27.08.2025
15:28
İKT
Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"

"İKT-nin inkişafı təkcə texnoloji tərəqqi deyil, həm də dövlətin idarəetmə effektivliyi və regionların inkişafında mühüm balans yaradan faktordur. Bu sahədə yeni proqramların və qanunvericilik təşəbbüslərinin tətbiqi ilk növbədə rəqəmsal idarəetməni gücləndirir, yəni qərarların daha sürətli, şəffaf və məlumat əsaslı qəbul edilməsinə şərait yaradır. Bu isə birbaşa olaraq dövlətin siyasi sabitliyinə müsbət təsir göstərir, çünki vətəndaş dövlət xidmətlərindən daha rahat və bərabər formada faydalana bilir".

Bu sözləri Sonxeber.az-a İKT üzrə ekspert Elvin Abbasov danışıb.

Ekspert açıqlamasında qeyd edib ki, İKT təşəbbüsləri və rəqəmsal infrastruktur regionlarda iqtisadi balansı gücləndirir:

"İqtisadi müstəvidə isə İKT sahəsində hər bir yeni təşəbbüs, xüsusilə rəqəmsal iqtisadiyyat, e-ticarət və innovasiya yönümlü qanunvericilik investisiya mühitini yaxşılaşdırır. Burada həm yerli sahibkarlıq üçün imkanlar genişlənir, həm də xarici investorlar üçün Azərbaycan daha cəlbedici bazara çevrilir. Paralel olaraq regionlarda rəqəmsal infrastrukturun genişlənməsi iqtisadi fəallığı paytaxt mərkəzindən kənara daşıyır ki, bu da sosial-iqtisadi balansı qoruyan vacib amildir.

Ümumilikdə, yeni proqram və qanunvericilik təşəbbüsləri rəqəmsal transformasiya ilə siyasi sabitlik arasında körpü rolunu oynayır. Bu körpü həm idarəetmədə şəffaflıq və vətəndaş etimadını gücləndirir, həm də iqtisadiyyatın dayanıqlılığını artıraraq ölkənin beynəlxalq rəqabət qabiliyyətini yüksəldir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Xəbər lenti

SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR

İnfrastruktur

02.09.2025

Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir

İnternet

28.08.2025

“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA

İnternet

28.08.2025

Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"

İKT

27.08.2025

Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA

Sosial

26.08.2025

“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı

Kibertəhlükəsizlik

26.08.2025

Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur

Kibertəhlükəsizlik

26.08.2025

Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."

Kibertəhlükəsizlik

22.08.2025

Daha çox