Son günlər mətbuatda WhatsApp-ın yeni funksiyanı sınaqdan keçirəcəyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, yaxın gələcəkdə tanımadığımız şəxslər mesaj göndərərkən onların nömrəsi görünməyə bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən informasiya təhlükəsizliyi eksperti Elvin Abbasov bildirib ki, belə bir funksiyanın tətbiqi istifadəçilər üçün ciddi risklər yarada bilər:
“Əgər tanımadığımız şəxslər mesaj göndərərkən nömrələri gizlədilərsə, bu, fırıldaqçılıq və saxta kimliklərlə ünsiyyət üçün əlverişli zəmin yaradacaq. İnsanlar qarşı tərəfin kim olduğunu müəyyənləşdirməkdə çətinlik çəkəcək və nəticədə dələduzluq halları artacaq”.
Ekspertin sözlərinə görə, məsələ təkcə fırıldaqçılıqla məhdudlaşmır. Bu funksiya həm də kibertəhlükəsizlik və şəxsi təhlükəsizlik baxımından narahatlıq doğura bilər:
“Spam, fişinq linkləri və ya təhdidedici mesajlar alan istifadəçilər göndərənin kimliyini görə bilmədikdə, problemi dərhal həll etmək imkanından məhrum olacaqlar. Bu isə platformada inamı zədələyə bilər”.
Elvin Abbasov əlavə edib ki, əgər WhatsApp belə bir addım atarsa, mütləq güclü təhlükəsizlik filtrləri və şəxsiyyət təsdiqi mexanizmləri tətbiq olunmalıdır. Əks halda, bu yenilik istifadəçilərin şəxsi təhlükəsizliyinə ciddi zərbə vura bilər.
Aygün Hüseyn, Bizim.Media
SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR
İnfrastruktur
02.09.2025
Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir
İnternet
28.08.2025
“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA
İnternet
28.08.2025
Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"
İKT
27.08.2025
Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA
Sosial
26.08.2025
“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı
Kibertəhlükəsizlik
26.08.2025
Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur
Kibertəhlükəsizlik
26.08.2025
Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."
Kibertəhlükəsizlik
22.08.2025