22.08.2025
15:34
Kibertəhlükəsizlik
Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."

“Kiberhücumların qarşısını almaq yox, təsirini minimuma endirmək mümkündür”.

Bu fikirləri son yaşanan internet kəsintisi ilə bağlı danışan İKT üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.media-elvin

Son günlər Azərbaycana qarşı kiberhücumların intensivləşdiyini bildirən ekspert qeyd edib ki, xüsusilə 3 gündür, davam edən DDoS hücumları dövlət portallarını və internet xidmətlərini hədəfə alıb:

“Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom” genişmiqyaslı DDoS hücumuna məruz qalıb. Hücum nəticəsində bəzi operator və provayderlərin xidmətlərində müvəqqəti ləngimələr yaransa da, alternativ “backbone” şəbəkələrinə yönləndirmə ilə internetin davamlılığı qısa müddətdə təmin edilib. Paralel olaraq “Python Squad” adlı qrup isə Azərbaycan Dəmir Yollarına yönəlmiş hücumlar barədə açıqlamalar yayıb. Onların yayımladığı mesaj diqqətçəkicidir:

“Biz qatarları dayandırdıq. Bəs həqiqətdə kimin səyahətini dayandırdıq?”

Düşünürəm ki, bu hücumlar eyni mənbədən qaynaqlanmır – biri dövlət infrastrukturlarına qarşı kütləvi DDoS hücumu, digəri isə strateji obyektə fokuslanmış hədəfli hücumdur. Hər iki haker qrupunun xaricdən güclü maliyyə dəstəyi və koordinasiya müşahidə olunur. Bu hadisələr bir daha göstərir ki, ölkəmizin kritik infrastrukturunun dayanıqlılığı və kibertəhlükəsizlik üzrə milli koordinasiya hər zamankından vacibdir.

Belə halların tamamilə qarşısını almaq, yəni “heç vaxt internet çökməsin” zəmanəti vermək dünyada mümkün deyil. Çünki kiberhücum texnologiyaları hər gün inkişaf edir və hücum edən tərəflər həmişə yeni metodlardan istifadə edirlər. Ən güclü ölkələrin belə dövlət qurumları və internet provayderləri zaman-zaman DDoS hücumlarına məruz qalır. Burada əsas məsələ hücumu tamamilə sıfırlamaq deyil, zərərin təsirini minimuma endirmək və xidmətlərin sürətli bərpasını təmin etməkdir. İnkişaf etmiş ölkələrdə də hücumlar olur, amma onların təsiri çox hiss olunmur, çünki şəbəkə dayanıqlılığı üçün əlavə ehtiyat kanallar, “anti-DDoS mərkəzləri” və real vaxt analiz sistemləri qurulub”.

Ekspert bununla bağlı müəyyən müdafiə mexanizmlərinin olduğunu qeyd edib:

“Hücum baş verdikdə trafik alternativ şəbəkələrə yönləndirilir və problem qısa müddətdə aradan qaldırılır. Amma bu mexanizmlər daha da gücləndirilməlidir. Çünki internet artıq yalnız xidmət deyil, milli təhlükəsizlik məsələsidir. Bu səbəbdən davamlı olaraq kritik infrastrukturun modernləşdirilməsi, ehtiyat şəbəkələrin artırılması və milli anti-DDoS mərkəzinin inkişafı vacibdir. Başqa sözlə, hücumların qarşısını tamamilə almaq mümkün olmasa da, təsirini minimuma endirəcək sistemlər dünyada mövcuddur. Azərbaycan da bu istiqamətdə addımlar atır, lakin artan kiberhücumların intensivliyi göstərir ki, proaktiv müdafiə yanaşmasına keçmək və bu sahəyə daha çox sərmayə yönləndirmək vacibdir”.

Nurlan Cəfəri

Xəbər lenti

SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR

İnfrastruktur

02.09.2025

Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir

İnternet

28.08.2025

“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA

İnternet

28.08.2025

Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"

İKT

27.08.2025

Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA

Sosial

26.08.2025

“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı

Kibertəhlükəsizlik

26.08.2025

Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur

Kibertəhlükəsizlik

26.08.2025

Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."

Kibertəhlükəsizlik

22.08.2025

Daha çox