02.09.2025
17:40
İnfrastruktur
SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR

Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK "Naxtel” MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb. Şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib. Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr – 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməlidirlər.

Azərbaycanda mobil operatorların sayı nə üçün azdır? Mobil operatorların sayının çoxalması həm sağlam rəqabətə həm də uyğun qiymətlərə səbəb ola bilərmi? Bu sahədə hansı işlərin görülməsinə ehtiyac var?

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Referans-a açıqlamasında bildirib ki, Azərbaycanda mobil operatorların sayı digər ölkələrlə müqayisədə həqiqətən azdır. Bunun əsas səbəbi bazarın ölçüsü və infrastruktur xərcləridir. Mobil operator qurmaq çox böyük maliyyə və texnoloji resurs tələb edir, həm də dövlət tənzimləməsi və lisenziya məsələləri var.Ona görə də bazarda az sayda "oyunçu" qalır. Əlbəttə, operatorların çox olması sağlam rəqabəti gücləndirər, xidmətlərin keyfiyyətinə və qiymətlərin optimallaşmasına müsbət təsir edərdi.

Ekspert onu da deyib ki, amma praktiki tərəfdən yeni operatorların bazara daxil olması çətindir. Daha real yanaşma odur ki, mövcud operatorlar arasında rəqabəti stimullaşdırmaq üçün dövlət müəyyən tənzimləyici addımlar atsın – məsələn, infrastrukturun paylaşımı, ədalətli qiymət siyasəti və xidmət keyfiyyətinə dair daha sərt standartlar.

Mütəxəssis qeyd edib ki, eyni zamanda, virtual mobil operator (MVNO) modelinin tətbiqi vacib ola bilər. Bu halda yeni şirkətlər mövcud infrastrukturdan istifadə etməklə bazara daxil ola bilər, bu da həm rəqabəti artırar, həm də abunəçilərə daha çox seçim imkanı verər.

Məmmədov Hüseyn

Referans.az

Xəbər lenti

SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR

İnfrastruktur

02.09.2025

Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir

İnternet

28.08.2025

“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA

İnternet

28.08.2025

Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"

İKT

27.08.2025

Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA

Sosial

26.08.2025

“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı

Kibertəhlükəsizlik

26.08.2025

Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur

Kibertəhlükəsizlik

26.08.2025

Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."

Kibertəhlükəsizlik

22.08.2025

Daha çox