“TikTok” sosial şəbəkəsi artıq dünyanın bir çox ölkələrini hərəkətə gətirib. Əvvəlcə, ABŞ, indi də Avropa İttifaqı “TikTok” platformasını qadağan etmək niyyətində olduğunu açıqladı. Ardıcıl olaraq dünya dövlətlərinin bu addımı atmasına nə vadar etdi?
Mövzu ilə bağlı suallarımız cavablayan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, İT üzrə ekspert Elvin Abbasov qeyd etdi ki, “TikTok”-un digər sosial şəbələrdən fərqlənməsinin əsas səbəblərindən bir orada hər hansı bir məlumatın çox sürətli formada insanlara çıxışıdır:
“Digər sosial şəbəkələrdə müəyyən daxili siyasət var. Bununla yanaşı, orada müəyyən qaydalar, filtirlənmə tətbiq olunur. Lakin “TikTok” bu baxımdan tam sərbəstdir. Saniyələr içində kütləyə informasiyanı çatdırmağa qadir bir platformadır. “TikTok”-un mənfi cəhətlərindən biri də budur ki, orada hər hansı bir intellektual kapitalı, bacarığı, təcrübəsi, elmi, ixtisası olmayan insanlar öz yüngül və qeyri-etik davranışları ilə kütlə tərəfindən rəğbət görə bilir. Bu qəbildən olan insanları kütlə məşhur edir. Bu hər bir ölkə üçün ürəkağrıdıcı məqamdır. İstedadlı şəxslər qala-qala ölkənin yararsız şəxsləri, qeyri-etik həyat tərzi yaşayan şəxslər “TikTok”-un yaratdığı şəraitlə məşhurlaşır. Bunun üçün də “TikTok” bir çox ölkədə birmənalı qarşılanmır. Buna görə də bəzi ölkələrdə faydasız və mənasız hesab olunur”.
Azərbaycanda “TikTok”-un səviyyəsi hansı yerdədir?
Ekspert qeyd etdi ki, "TikTok"-un yüksək dərəcədə zərər verdiyi ölkələrdən biri də Azərbaycandır:
“Biz şahidi olduq ki, II Qarabağ müharibəsi və sonrakı anti-terror əməliyyatları zamanı ölkəmizdə fəaliyyəti dayandırılan ilk sosial şəbəkə elə “TikTok” oldu. Belə sitiuasiylarda sosial şəbəkələr arasında ilk zərbə “TikTok”-dan gözlənilir. Çünki “TikTok”-da saxta xəbərlər, dövlət əleyhinə olan informasiyalar sürətlə yayılır. Bu da qəbul edilmir. “TikTok” bir çox baxımdan zərərli qəbul edilir. Bununla yanaşı, Azərbaycanın mentalitetinə, dilinə, dininə, əxlaq səviyyəsinə, milli-mənəvi dəyərlərinə qarşı “TikTok”-da çox böyük hücum var. Məncə, “TikTok”-un daha çox zərər verdiyi ölkələrdən biri də Azərbaycandır. “TikTok”-un bağlanmalı olduğu ölkələrdən biri də elə Azərbaycandır. Azərbaycanda “TikTok” çox böyük aura yaradıb. Biz bəyənmədiyimiz, tənqid etdiyimiz bir resursu daha çox istifadə edirik. Çox təəssüf ki, buna görə də “TikTok”-da böyük Azərbaycan seqmenti var”.
Emin ŞİRVANZADƏ
Ookla “Onlayn Azərbaycan”ı dəyərləndirdi - Azərbaycanın internet infrastrukturunda tarixi mərhələ
İnternet
15.06.2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH
İKT
22.05.2025
"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ
Kibertəhlükəsizlik
22.05.2025
Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO
Kibertəhlükəsizlik
22.05.2025
Пассивный доход для чайников, или как заработать больше, если вы живёте на зарплату
Sosial
22.05.2025
Kimlər insan alverinin qurbanı olur? - Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...
Sosial
22.05.2025
Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma… https://crossmedia.az/az/article/31194
Sosial
21.05.2025
Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA
Sosial
19.05.2025