06.06.2024
11:34
İKT
Elvin Abbasov: "Gələcəkdə dilimizi təhlükə gözləyir. Bizdə Bigdata formalaşmır"

Niyə bizdə Bigdata formalaşmır? Qurumlar niyə bu işdə maraqlı deyil? Azadmedia.az xəbər verir ki, İT mütəxəssisi Elvin Abbasov bu barədə sərt səslənsə də, cəsarətli açıqlama verib.

İT mütəxəssisinin bildirdiyinə görə ölkəmizdə istər özəl, istər dövlət, heç bir qurum datasının həcmi barədə illər üzrə hesabat vermir, o ki qaldı bizdə Bigdata formalaşsın və öz data şəbəkəmiz yaransın. Qurumların "süni intellekt həlli yaratdım" dedikləri isə ChatGPT-nin API servislərinə qoşulmuş həlləridir. Biz ancaq xarici resursları bəsləyirik. E.Abbasov hesab edir ki, Süni intellektdə öyrədilməyən dillər gələcəkdə ancaq kitabxanalarda qalan funksionalsız dillər olacaq: "Bildiyiniz kimi biz süni intellektə promt yazanda o ingilis dilinə tərcümə edir, məlumatı axtarır sonra isə azərbaycancaya tərcümə edib bizə cavab verir. Belə getsək gələcəkdə dilimiz təhlükə altına girəcək. Çünki süni intellekti öyrədəcək heç bir resurs yaratmırıq. Ölkədə əldən-ələ gəzən dataset adında kiçik məlumat topluları isə Bigdata sayılmayacaq kiçik həcmli məlumat toplusudur". Sonda İT mütəxəssisi təəssüflə qeyd etdi ki, biz ölkə üzrə özəl vəya dövlətə aid data həcmini ancaq Dark web-dən alırıq.


Linkə keçid

Xəbər lenti

SON DƏQİQƏ! Azərbaycandakı mobil operatorlarla bağlı VACİB XƏBƏR

İnfrastruktur

02.09.2025

Faylları saniyələr içində yükləmək və paylaşmaq olacaq – Azərbaycana yeni internet gəlir

İnternet

28.08.2025

“Azərbaycanda 500 Mbit/s internet sürəti görəcəyik” – YAXIN ZAMANDA

İnternet

28.08.2025

Elvin Abbasov: "İKT təşəbbüsləri regionlarda iqtisadi balansı və siyasi sabitliyi gücləndirir"

İKT

27.08.2025

Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA

Sosial

26.08.2025

“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ - Yeni funksiya istifadəçiləri ŞOKA saldı

Kibertəhlükəsizlik

26.08.2025

Kritik infrastruktura hücum: Azərbaycana qarşı kiber müharibə yeni fazaya qədəm qoyur

Kibertəhlükəsizlik

26.08.2025

Azərbaycana qarşı artan KİBERHÜCUMLAR: "Qarşısını tamamilə almaq mümkün olmasa da..."

Kibertəhlükəsizlik

22.08.2025

Daha çox