22.07.2024
14:46
İKT
“Qanunlarla dəstəklənməlidir...” — Süni intellekt və “dərin aldatma”

Süni intellektlə bağlı artıq bir neçə təhlükəli məqam vüsət alıb. Bunlardan biri də “deepfake”dir, yəni dərin aldatma. Bir neçə ildir bu yolla dövlət qurumlarının və ya dövlət rəhbərlərinin adından saxta məlumatlar yayılır”.

Bu fikirləri Demokrat.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib. Ekspertin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə dövlət qurumlarının xidmətlərində süni intellekt geniş tətbiq olunur:

“Azərbaycanda da bu tendensiya başlamaq üzrədir. Bunun üçün qanunvericilik də bu prosesləri dəstəkləməlidir. Neqativ halların qarşısının alınmasında dövlət qurumlarının qanunvericiliklə dəstəklənən müəyyən vasitələri olmalıdır. Son illərdə artan saxta videolardan dövlət qurumları, rəhbərlərin adından, həmçinin kiberhücumlarda istifadə olunur. Hazırkı vəziyyətdə məlumatın saxta olduğunu başa düşmək çətindir. Məntiqən insanlar düşünməlidirlər ki, dövlət qurumu belə çağırışlar edə bilməz. Təəssüf ki, aldanan insanlar da var. Bunun qarşısını almaq üçün bir çox ölkələrdə yeni standartlar, qanunvericiliklə dəstəklənən yeni həllər yaradılır”.

E.Abbasov əlavə edib ki, dünyada hələ də “deepfake”i aşkarlayan bir monitorinq sistemi yoxdur:

“Baxırıq ki, sosial şəbəkələrdə “deepfake” videolar geniş yayılır. Əgər bunun saxta olduğunu aşkarlamaq mümkün olsaydı, yutub özü bunu əngəlləyərdi, amma hələ ki belə bir alqoritm yoxdur. Saxta videoların yayımdan qaldırılması hələ ki ancaq dövlət qurumlarının şikayəti ilə mümkün olur.

Azərbaycanda da hökumət rəsmiləri artıq bu məsələ barədə düşünməyə başlayıblar. Bu o deməkdir ki, süni intellektin müsbət və mənfi tərəflərinə dövlətin yanaşması mütləqdir. Azərbaycanda süni intellektin inkişaf etdirilməsi üçün qanunvericiliklə dəstək göstərilməlidir”.

Qeyd edək ki, II Şuşa Qlobal Media Forumunun sonuncu günündə "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələr keçirilib. Əsas müzakirə mövzusu süni intellekt KİV-də yaxşı tətbiqi olub. Vurğulanıb ki, süni intellektdən istifadə edərək yaradılan və yayılan dezinformasiya ilə mübarizə aparmaq üçün hər bir ölkə öz texnoloji müdafiəsini yaratmalıdır.

Törə Zeynallı
Demokrat.az


Linkə keçid

Xəbər lenti

Bahalaşmadan sonra internet niyə zəifləyib? - Ekspert səbəblərdən danışdı, çıxış yollarını göstərdi

İnternet

06.09.2024

Azərbaycanda hansı yeni ixtisaslara ehtiyac var? - RƏY

Sosial

05.09.2024

"Universitetlərdə hələ də köhnə dərsliklərin tədris olunması qəbuledilməzdir"

Sosial

04.09.2024

"Fişinq hücumlarının Azərbaycanda hər gün, hər həftə daha da artdığının görürük" -Elvin Abbasov

Kibertəhlükəsizlik

03.09.2024

İT mütəxəssisləri niyə xaricə axın edirlər?

Sosial

02.09.2024

Kiberdələduzların YENİ FIRILDAĞI – Süni intellekt vasitəsilə insanları necə ALDADIRLAR?

Kibertəhlükəsizlik

02.09.2024

Köhnə sürət, yeni qiymət…

İnternet

02.09.2024

“Google Maps”də ermənilərin Xankəndidən çəkdiyi FOTOLAR – Qondarma bayraqları necə silək?

Sosial

31.08.2024

Daha çox