20.07.2024
14:54
İKT
Süni intellektin inkişafı hansı peşələri sıradan çıxaracaq? - AÇIQLAMA

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaxın 10 ildə süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insanın iş yerini itirəcəyini, yeni səriştələr tələb edən 95 milyon iş yerlərinin açılacağını deyib.

Mövzu ilə bağlı KONKRET.az– danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirilən iddia ilə bağlı bunları deyib:

“l, ll və lll sənaye inqilabları öz dövrünün çox əhəmiyyətli hadisəsi idi. Bu tarixi proseslərdə dünyada milyonlarla insan öz işini itirdi. I sənaye inqilabında buxarlı matorlar icad olunanda, ll sənaye inqilabında elektrik icad olunanda, lll sənaye inqilabında elektronika icad olunanda bir çox sahələrdə çalışan fəhlələlər, köhnə texnologiyalara əsaslanan peşələr öz fəaliyyətini dayandırdılar. Lakin həmin sənaye inqilablarının hər birindən sonra yeni peşələr yarandı”.

Onun sözlərinə görə, süni intellektin həyatımıza gəlməsi ilə insanlar işsiz qalmayacaq:

“Süni intellektin həyatımıza daxil olması ilə insanların işsiz qalacağını düşünmürəm. Çünki insan var edən, icad edən, inkişaf etdirən varlıqdır. İnsan təfəkkür müstəvisində daha çox işlər görür. Fiziki əmək azaldıqca insan beyin təfəkkürünə daha çox yönəlir. Ola bilər ki, süni intellekt nəticəsində bir çox iş yerləri sıradan çıxıb, aktuallığını itirsin”.

Aygün Mirakif


Linkə keçid

Xəbər lenti

Bahalaşmadan sonra internet niyə zəifləyib? - Ekspert səbəblərdən danışdı, çıxış yollarını göstərdi

İnternet

06.09.2024

Azərbaycanda hansı yeni ixtisaslara ehtiyac var? - RƏY

Sosial

05.09.2024

"Universitetlərdə hələ də köhnə dərsliklərin tədris olunması qəbuledilməzdir"

Sosial

04.09.2024

"Fişinq hücumlarının Azərbaycanda hər gün, hər həftə daha da artdığının görürük" -Elvin Abbasov

Kibertəhlükəsizlik

03.09.2024

İT mütəxəssisləri niyə xaricə axın edirlər?

Sosial

02.09.2024

Kiberdələduzların YENİ FIRILDAĞI – Süni intellekt vasitəsilə insanları necə ALDADIRLAR?

Kibertəhlükəsizlik

02.09.2024

Köhnə sürət, yeni qiymət…

İnternet

02.09.2024

“Google Maps”də ermənilərin Xankəndidən çəkdiyi FOTOLAR – Qondarma bayraqları necə silək?

Sosial

31.08.2024

Daha çox