22.08.2024
11:32
İnternet
“Azərbaycanda internet qiyməti artmayıb” - Mütəxəssisdən AÇIQLAMA

Azərbaycanda avqustun 15-dən etibarən aylıq internet paketlərinin qiymətləri artırılıb. Dəyişiklik əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilib. Lakin, bütün bunlara rəğmən, vətəndaşlar hələ də internet surətindən şikayətlənir.

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən informasiya texnologiyaları mütəxəssisi Elvin Abdullayev isə deyir ki, Azərbaycanda internet qiyməti artmayıb:

“Daha öncə 1 Mbit/s 40 qəpik üzərinə düşürdü. Hal-hazırda isə alt limit paketləri ləğv olunub. Yerinə daha yuxarı limitli paketlər təyin olunub. Daha öncə ən aşağı limit 18 manata 40 Mbit/s idi, indi isə 25 manata 100 Mbit/s-dir. Bu o deməkdir ki, internetin Mbit/s başına olan qiyməti aşağı düşüb”.

Mütəxəssis qeyd edir ki, Azərbaycanda “surətli internet” dediyimiz Fiber optik internet infrastrukturunu özəl və dövlət provayderləri öz daxili hesablarına qurub. Yəni xarici qrant alınmayıb, dövlət dəstəyi olmayıb. Yerli və dövlət provayderləri öz büdcələri hesabına geniş infrastruktur qurublar. Buna isə milyonlarla manat xərclənib:

“Hazırda demək olar ki, əksər dövlətlərdə ən aşağı paket 100 Mbit/s təyin olunub. Barmaqla sayıla biləcək qədər ölkə var ki, orada 50 Mbit/s paketlər var. Bunlardan biri də qonşu Gürcüstandır. 100 Mbit/s-dən aşağı internet surəti inkişaf etmiş ölkələrdə yoxdur. Cəmiyyətdə danışılan fikirlərin əksinə olaraq, əksər inkişaf etmiş ölkələrdə, məsələn, Hollandiyada 100 Mbit/s-nin qiyməti 43 avro idi”.

Ekspertin fikrincə, hazırda cəmiyyətdə internetin keyfiyyətinin əvvəlkindən aşağı olduği iddia edilsə də, bu şikayətlər kriteriyaya əsaslanmalıdır:

“Adətən, biz baxırıq ki, vətəndaşlar narazıdır. Narazı olan vətəndaşlar “Speed test “proqramında internetin surətini ölçməli, daha sonra isə narazılıq varsa lazımı quruma müraciət etməlidir. Biz istisna etmirik ki, problem yoxdur. Amma bu problem müxtəlif səbəblərdən ola bilər”.

Qeyd edək ki, hazırda ölkəmizdə internetin qiyməti 100 Mbit/s üçün 25 AZN, 150 Mbit/s üçün 30 AZN, 250 Mbit/s üçün 36 AZN təşkil edir.


Linkə keçid

Xəbər lenti

Ookla “Onlayn Azərbaycan”ı dəyərləndirdi - Azərbaycanın internet infrastrukturunda tarixi mərhələ

İnternet

15.06.2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH

İKT

22.05.2025

"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik

22.05.2025

Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO

Kibertəhlükəsizlik

22.05.2025

Пассивный доход для чайников, или как заработать больше, если вы живёте на зарплату

Sosial

22.05.2025

Kimlər insan alverinin qurbanı olur? - Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Sosial

22.05.2025

Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma… https://crossmedia.az/az/article/31194

Sosial

21.05.2025

Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA

Sosial

19.05.2025

Daha çox