03.09.2024
11:26
Kibertəhlükəsizlik
"Fişinq hücumlarının Azərbaycanda hər gün, hər həftə daha da artdığının görürük" -Elvin Abbasov

Son zamanlar bank kartlarına kiberhücum halları artıb. Bəs insanlar hansı təhlükəsizlik tədbirləri görməlidir?

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov BiG.AZ-a bildirib ki, Azərbaycanda bank kartlarından oğurluq olunmasına səbəb fişinq hücumlarıdır.Fişinq hücumlarının Azərbaycanda hər gün, hər həftə daha da artdığının görürük. Fişinqlərdən qorunmaq üçün tanımadığımız nömrələrdən, şəxslərdən gələn linklərə baxmamaq lazımdır:

"Fişinq hücumlarının Azərbaycanda hər gün, hər həftə daha da artdığının görürük" -Elvin Abbasov"Kiberdələduzlar bir çox yöndən hücum edirlər. Pul vəsatinin oğurlanması təkcə bank kartlarından olmur. Portmanatlarda və ya Telegramın özündə, oyun saytlarında baş verir. Müxtəlif oyun saytları pul qabı kimi istifadə olunduğu üçün pulların oğurlanması baş verir. Azərbaycanda bank kartlarından oğurluq olunmasına səbəb fişinq hücumlarıdır.Fişinq hücumlarının Azərbaycanda hər gün, hər həftə daha da artdığının görürük. Hətta bu məsələyə süni intellekt də daxil olub. Dələduzlar süni intellektdən çox yaxşı istifadə edirlər. İlk öncə vətəndaşlara demək istəyərdik ki, fişinqlərdən qorunmaq üçün tanımadığımız nömrələrdən, şəxslərdən gələn linklərə baxmamaq lazımdır. Kibercinayətkarlar ilk addımı fişinq ataraq başlayır. Qurbana link atılır, ona müxtəlif bank, dövlət qurumu adı ilə və ya mövsümi olaraq hər hansı turizm səyahəti təklifi gəlir. Bundan qorunmağın əsas yolu sizə göndərilən linklərə diqqət etməməkdir. Siz onlara diqqət etsəniz, formu doldursanız, artıq dələduzların qurbanına çevrilisiniz. İlk məsələ tanımadığımız şəxslərdən gələn linkləri açmamaqdır. Bununla 80/100 problemin qarşısını almaq olur. Digər üsulları az-az da olsa, müşahidə edirik ki, oyun saytlarından, portmanatlardan, virtual pul kisələrindən istifadə edən şəxslər də kibercinayətə məruz qalırlar. Hansı elektron pul qabından istifadə edirsinizsə, reputasiyasına, rəylərə diqqət etmək lazımdır. Hər təklif olunan saytda pul saxlamamalıyıq".

Xəbər lenti

Üstümüzdə bomba gəzdiririk - telefonlarımızla bizi qətl edə bilərlər

Kibertəhlükəsizlik

17.09.2024

Azərbaycanın Rəqəmsal Hökumət İnkişafında Tarixi Naliyyəti

Sosial

17.09.2024

Bu sadəcə fəlakət olacaq! -Elvin Abbasov vikipedia ilə bağlı açıqlama verdi

İnternet

15.09.2024

"Hazel" mağazasında biznes konsultant Sakit Səmədovla görüş keçirilib

Sosial

14.09.2024

Vikipedia müharibəsi: “güllə”ni kim atıb? “Orda bir qruplaşma var...”

İnternet

14.09.2024

Rəqəmsal savadlılıq: “Bütün peşələrin bu bacarıqlara ehtiyacı var”

Sosial

12.09.2024

Bahalaşmadan sonra internet niyə zəifləyib? - Ekspert səbəblərdən danışdı, çıxış yollarını göstərdi

İnternet

06.09.2024

Azərbaycanda hansı yeni ixtisaslara ehtiyac var? - RƏY

Sosial

05.09.2024

Daha çox