04.09.2024
17:14
Sosial
"Universitetlərdə hələ də köhnə dərsliklərin tədris olunması qəbuledilməzdir"

Azərbaycanda əsas maraq göstərilən ixtisaslardan biri də informasiya texnologiyaları (IT) sahəsidir. Bu sahəyə maraq getdikcə artsa da, təhsil müəssisələrinin hamısı bu sahədə lazımı səviyyədə təhsil verə bilmir.

Mövzu ilə bağlı Modern.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, Azərbaycanda informasiya texnologiyaları üzrə təhsilin hansı səviyyədə olmasını ölçmək üçün müəyyən meyarlara ehtiyac var:

“Ölkədə kadr potensialı, informasiya texnologiyaları sahəsində ölkədə görülən işlər, həmçinin universitet tələbələrinin getdiyi praktika yerləri bu meyarlara misal ola bilər. Tələbələrin praktika üçün getdiyi yerlərdən bir neçəsi ilə əlaqələrim var. Bir neçə universitetdə vəziyyət yaxşıdır, amma əksər universitetlərdə vəziyyət çox pisdir. 4 il oxuyub real IT şirkətində praktikaya gələn tələbəni ümumiyyətlə kodlaşdırma sahəsində birinci səviyyə sayılmayacaq, yüngül biliklərinin olduğunu görürük. Universitetdəki müəllimlərin, dərs planlarının vəziyyəti də məlumdur. Tələbələr arasında bu istiqamətdə sorğu-sual edəndə universitetlərdəki informasiya texnologiyaları sahəsində keçirilən dərslərdən və müəllimlərin səviyyəsindən narazı olduqları həmişə müşahidə olunur”.

E.Abbasov qeyd edib ki, bu mövzuda beynəlxalq təcrübə çox önəmlidir:

“Köhnə dərsliklərin, texnologiyaların hələ də universitetlərdə tədris olunması qəbuledilməzdir. Təbii ki, universitetlərdə öz inkişafına investisiya qoyan tələbələr var ki, seçilirlər. Onlar hətta universitet müddətində iş tapır, yaxşı layihələrdə imzaları olur. Amma bu 2-3% təşkil edir. Ümumiyyətlə universitetlərdən məzun olan İT sahəsində təhsil almış tələbələrə baxdıqda deyə bilərik ki, 2-3 universitetdə vəziyyət yaxşıdır. Digər universitetlər isə tələbəni insan kapitalına çevirmədən, lazımi tədris təqdim etmədən, tələbəyə dövrə uyğun şəkildə bilik vermədən praktikaya göndərir. Tələbə burada və sonrakı iş həyatında da uğursuz olur".

Müsahibimiz sonda vurğulayıb ki, bu problemlər sadəcə universitetlərə deyil, bu sahədə fəliyət göstərən kurslara da aiddir:

“Bu sahədə tədris verən kursların da çoxunda vəziyyət eynidir. Ölkədə sadəcə 3-4 sayılıb seçilən kursdan başqa digərləri sadəcə tələbənin pulunu alaraq yanlış istiqamətləndirir, yaxud lazımi bilikləri vermədən onu hansısa işə yönləndirir. Bu zaman da tələbə təbii ki, müsahibələrdən keçə bilmir. Baxırıq ki, bu kurslardan çıxan bir çox insan müəyyən dövrdən sonra bu bilikləri itirirlər. Ölkədə informasiya texnologiyaları sahəsində təlim-tədris istiqamətində ümumi yanaşma arzuolunan səviyyədə deyil”.

Xəbər lenti

İctimai Şuranın seçkidən sonrakı ilk iclası keçirilib

Sosial

06.11.2024

COP29-la bağlı daha bir yenilik — AÇIQLAMA

Sosial

08.10.2024

İnternetin sürəti niyə zəifləyib? - Açıqlama

İnternet

06.10.2024

İnternet provayderlərini cərimə gözləyir - rəy

İnternet

03.10.2024

Onlayn oyun TƏLƏSİ: Dələduzların qurbanı olmamaq üçün NƏ ETMƏLİ?

Kibertəhlükəsizlik

03.10.2024

Mobil telefonlarda kiber müdaxilələrin qarşısını necə almalıyıq? -AÇIQLAMA

Kibertəhlükəsizlik

02.10.2024

Qiymət artdı, keyfiyyət dəyişmədi: İnternetin sürəti ilə bağlı problem nədən qaynaqlanır?

İnternet

02.10.2024

Dələduzlar üçün münbit şərait yaradan piramida sistemi – İnsanları necə aldadırlar?

Kibertəhlükəsizlik

30.09.2024

Daha çox