Bir müddətdir ölkədə aylıq internet paketlərinin qiymətləri artırılıb. GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Tarif üzrə sürət dəyişsə də, etirazlar azalmır. İstifadəçilər qiymət dəyişikliyindən sonra internetin sürətinin azaldığından şikayətlənirlər.
Mövzu ilə bağlı AzVision.az -a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, internetlə bağlı problemlər bir neçə texniki səbəbdən baş verir:
"İnternet limitlərinin 40 Mbit/s-dən 100 Mbit/s-yə artırılmasından sonra kütləvi şəkildə şikayətlər olmalı idi. Çünki bəzi modemlər köhnədir. Portlar, modemlər 100 Mbit/s dəstəkləməyə bilər. Ona görə də provayderlərə müraciət olunmalı və evdəki modemə baxış keçirilməlidir.
Vətəndaşlar birbaşa evə gələn internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlamalıdır. Əgər ödədiyi pulun müqabilindəki interneti “Speedtest”lə görürsə, bu o deməkdir ki, problem artıq onun modemində və ya evdəki digər cihazlarındadır. Yox əgər ödədiyi məbləğin miqyasındakı internet almırsa, problem provayderdədir.
İstifadəçilər deyirlər ki, əvvəllər internet hətta evdən uzaqlaşanda belə tuturdu, qiymət artımından sonra isə sürət zəifləyib. Ümumiyyətlə, modemdən internet kabelini ayırsaq və internet olmadan modemi işlək hala gətirsək, görərik ki, internet olmasa belə, ötürmə radiusu dəyişmir. Yəni modemin “vay-fay” dalğalarının içindəki internetlə əlaqəsi yoxdur. Bunun kimi bir çox səbəblər olduğu üçün texniki müstəvidə baxış keçirilməlidir. Eyni zamanda internet kabeli gərgin elektrik kabelləri ilə yanaşıdırsa, internetin sürəti aşağı olacaq. Çünki gərgin elektrik kabelləri internetin keyfiyyətinə təsir edən amillərdən biridir".
Həmidə İbrahimova
AzVision.az
İctimai Şuranın seçkidən sonrakı ilk iclası keçirilib
İKT
18.11.2024
İctimai Şuranın seçkidən sonrakı ilk iclası keçirilib
Sosial
06.11.2024
COP29-la bağlı daha bir yenilik — AÇIQLAMA
Sosial
08.10.2024
İnternetin sürəti niyə zəifləyib? - Açıqlama
İnternet
06.10.2024
İnternet provayderlərini cərimə gözləyir - rəy
İnternet
03.10.2024
Onlayn oyun TƏLƏSİ: Dələduzların qurbanı olmamaq üçün NƏ ETMƏLİ?
Kibertəhlükəsizlik
03.10.2024
Mobil telefonlarda kiber müdaxilələrin qarşısını necə almalıyıq? -AÇIQLAMA
Kibertəhlükəsizlik
02.10.2024
Qiymət artdı, keyfiyyət dəyişmədi: İnternetin sürəti ilə bağlı problem nədən qaynaqlanır?
İnternet
02.10.2024