03.10.2024
16:12
İnternet
İnternet provayderlərini cərimə gözləyir - rəy

“Elektron kommunikasiya haqqında” yeni qanunda daha nələr var; ekspert standartların önəmindən danışdı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda “Elektron kommunikasiya haqqında” yeni qanun layihəsi hazırlayıb. Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib ki, qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Yeni qanunun qəbul edilməsi ilə internetin sürəti və qiymətinə nəzarətin artırılması, sahibkarlara lazımi dəstəyin verilməsi nəzərdə tutulur. Qanunda internetin keyfiyyəti ilə bağlı standartların tətbiq edilməsi də əksini tapıb. Hazırda konkret standartlar üzərində iş gedir. Provayder və operatorlar tələbləri icra etməlidirlər. Əks halda, onlara cərimə tətbiq ediləcək.

Agentlik sədri qeyd edib ki, tələblərin yerinə yetirilməməsi halında provayderlərin fəaliyyətinə xitam verilməyəcək, məqsəd nəzarəti gücləndirmək və istehlakçılara keyfiyyətli xidməti təmin etməkdir.

Qeyd edək ki, Azərbaycanda uçota alınan operator və provayderlərin sayı 170-ə çatıb.

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma olmalıdır” | 1news.az | Xəbərlər

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov hesab edir ki, provayderlərin sayının artması ilə şikayətlərin sayının artma ehtimalı var. Ekspert bildirdi ki, Azərbaycanda provayderlərin yaradılma mexanizmində xüsusi öhdəlik yoxdur, yalnız bir binaya, yaxud küçəyə, biznes mərkəzinə xidmət etmək üçün yaradılan provayderlər var: “Kiçik investisiyalarla və ya öz əlaqə vasitələrinə xidmət göstərmək üçün yaradılan provayderlərin keyfiyyəti yüksək olmur. Provayderlər bu işə əsaslı şəkildə köklənmədikləri üçün fürsəti qiymətləndirdikləri üçün təəssüf ki, texniki müstəvidə, həm də avadanlıq müstəvisində kifayət qədər investisiya etmirlər. Bu da o deməkdir ki, kiçik provadyerlərin həcmi artdıqca ölkədə bu istiqamətdə problemlər olacaq. Bu məsələdə tənzimləyici orqanın heç bir səlahiyyəti yoxdur ki, onlara müəyyən öhdəliklər qoyulsun. Azərbaycanda bir çox provayderin şikayət üçün qaynar xətti, saytı yoxdur. İKTA abonentlərin provayderlərlə bağlı şikayətləri üçün xüsusi mexanizm yaradıb, amma bu yetərli deyil. Əslində provayder xidməti göstərmək istəyən şirkətin özünü təqdim etməsi üçün saytı, qaynar xətti olmalıdır. Dövlət provayderlərin əksiklərini tamamlamaq üçün əlavə xidmət yaradıb. Bu, belə olmamalıdır. Bir şirkət özünü təmin etməlidir. Şirkətlər müştərilərə keyfiyyətli xidmət etmək üçün investisiya etməlidirlər. Bir çox provayderin maliyyə problemi var, aldıqları avadanlıqların keyfiyyəti sual altındadır. Bəzi provayderlərin adını demək olar ki, heç kim eşitməyib. Provayderlər özlərini təqdim etməyi bacarsaydılar, "e-şikayət" sisteminin yaradılmasına ehtiyac qalmazdı. Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir".

E.Abbasov bir çox dövlət qurumunun qanunvericilik baxımından bir-birini təkrarladığını vurğuladı: “Elektron Təhlükəsizlik Xidməti informasiya oğurluğu halında simvolik cərimə tətbiq edir. İKTA da vətəndaşların hüquqları pozulduğu halda provayderlərə cərimə tətbiq edəcək. Hesab edirəm ki, tənzimləyici orqanların standartlarının olması daha məqsədəuyğundur. Dünya təcrübəsində, məsələn, Türkiyədə televiziya xidməti vermək üçün lisenziya almaq istəyən şirkətlərə öhdəliklər qoyulur: avadanlıqlar, xidmətlə bağlı standartlar müəyyən edilib. Cərimədən öncə standartlar olmalıdır. Şikayətə görə cərimə olmamalıdır. Cərimə standart pozulduğu üçün tətbiq edilməlidir. Standartlar olsa, xidmət də, keyfiyyət də yaxşılaşacaq, beləliklə, şikayətlər azalacaq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Xəbər lenti

Ookla “Onlayn Azərbaycan”ı dəyərləndirdi - Azərbaycanın internet infrastrukturunda tarixi mərhələ

İnternet

15.06.2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH

İKT

22.05.2025

"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik

22.05.2025

Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO

Kibertəhlükəsizlik

22.05.2025

Пассивный доход для чайников, или как заработать больше, если вы живёте на зарплату

Sosial

22.05.2025

Kimlər insan alverinin qurbanı olur? - Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Sosial

22.05.2025

Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma… https://crossmedia.az/az/article/31194

Sosial

21.05.2025

Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA

Sosial

19.05.2025

Daha çox