Azərbaycanda qadın informasiya texnologiyaları sahəsində çalışan sevgilisi ilə birgə instaqramda "Günay Ağayeva" adlı səhifə yaradaraq vatsap yazışmalarının izlənməsi və şifrələnmənin qırılması xidmətləri təklif edib.
Vətəndaşlar vatsap yazışmalarını izləmək istədikləri şəxslərin nömrələrini saxta səhifəyə göndərərək xidmətdən yararlanıblar və onlar üçün əhəmiyyət kəsb edən şəxslərin mobil nömrələrini səhifəyə yazıblar. Cütlük də kart nömrəsi göndərərək pul müqabilində bu xidməti göstəriblər.
Onlar bir nömrə ilə iki telefonda vatsap proqramının yüklənməsi və digər texnoloji addımlarla tanımadıqları şəxslərin şəxsi həyatına dair yazışmaları müxtəlif qiymətlərə "müştəri"lərə satıblar.
Daha sonra sevgililər bəzi "müştəri"ləri şantaj etməyə başlayıb. Cütlük vətəndaşların şəxsi yazışmalarını izlədiklərini deyəcəkləri hədəsi ilə eyni adamlardan yenidən pul tələb edərək almağa başlayıblar. Bu yolla qadınla kişi bir neçə vətəndaşdan 200, 400 və sair məbləğlərdə pulu hədə-qorxu yolu ilə alaraq ələ keçiriblər.
Bəs görəsən həqiqətən "WhatsApp" yazışmalarını uzaqdan izləmək mümkündürmü?
Bu barədə İT ekspert Elvin Abbasov Sonxeber.az -a açıqlama verib:
"Bu tip təkliflərin özü dələduzluq motividir. Adətən ayrılan cütlüklərə bu tip təkliflər edilir. Məsələn bir şəxs müəyyən ödəniş edərək keçmiş sevgilisinin mesajlarına baxmaq istəyir. Dələduzlar ödənişi aldıqdan sonra qarşı tərəfə keçmiş sevgilisinin onun mesajlarına baxmaq istədiyini xəbər edir və bunun qarşılığında ondan da pul alır. Hər iki tərəfdən pul aldıqdan sonra isə onların ikisini də şantaj etməyə başlayır. Amma "WhatsApp"-ın uzaqdan izlənilməsi birmənalı olaraq mümkün deyil. Texnologiya buna icazə vermir. Bu dələduzlar sadəcə olaraq hər iki tərəfi manipulyasiya edir. Birindən aldığı məlumatı digərinə ötürür və sonra da onları şantaj edir".
Çiçək Sadatova
Süni intelekt yaxın 5 ildə kimləri işsiz qoyacaq? - MÜHÜM AÇIQLAMA
İKT
24.04.2025
Xoş danışığa “Chatgpt” daha yaxşı cavab verir? - Süni intellekt mütəxəssisi ilə müsahibə
İKT
23.04.2025
Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? – AÇIQLAMA - FOTO
Kibertəhlükəsizlik
22.04.2025
Bir neçə ildən sonra bu peşələr yox olacaq: İndidən iş axtarmağa başlayın!
Sosial
22.04.2025
“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə..
Sosial
22.04.2025
Bu saytlara girməyin! Pullarınız oğurlana bilər – Xəbərdarlıq
Kibertəhlükəsizlik
22.04.2025
Türk dünyası üçün Süni İntellekt İnstitutu – Bakı bu yükü daşıya bilərmi?
İKT
22.04.2025
E-İştirak platforması nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
İKT
15.04.2025