Ötən şənbə-bazar vətəndaşların bank kartlarından 41 min manat pul oğurlanıb. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Ümumiyyətlə, son vaxtlar vətəndaşların bank kartlarından oğurluq halları artıb. Səbəb nədir? İnsanlar hansı yollarla aldadılırlar? Ən çox istifadə edilən kiber fırıldaqçılıq üsulları hansılardır? Vətəndaşlar kart məlumatlarını qorumaq üçün nə etməlidirlər? Ən çox yol verilən təhlükəsizlik səhvləri hansılardır? CVV/CVC, OTP və PİN kodları ilə bağlı vətəndaşların bilməli olduğu əsas qaydalar hansılardır?
Kartdan pulu belə oğurlayırlar – AÇIQLAMA
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov vurğulayıb ki, son zamanlar ölkədə vətəndaşların bank kartlarından oğurluq hallarının artması ciddi narahatlıq doğurur: “Bu həm texnoloji inkişafın sürətlənməsi, həm də kibercinayətkarların insan faktorundan, yəni kimlərinsə diqqətsizliyindən, yaxud savadsızlığından sui-istifadə etməsi ilə bağlıdır. Təhlükəsizlik alətləri nə qədər təkmilləşsə də, baş verənlər göstərir ki, texniki tədbirlərlə yanaşı, ictimai maarifləndirməyə də ciddi ehtiyac var”.
E.Abdullayev qeyd edib ki, dələduzlar əsasən sosial mühəndislik metodlarından istifadə edərək insan psixologiyasını hədəfə alırlar: “Yəni texniki sistemlərə deyil, birbaşa vətəndaşın özünə təsir etməyə çalışırlar. Bu yolla özlərini bank əməkdaşı, dövlət qurumunun və ya tanınmış şirkətin nümayəndəsi kimi təqdim edərək fərdi məlumatları əldə edirlər. İnsanlar isə bəzən qorxu, tələsik qərarvermə və ya etimad səbəbilə bu məlumatları paylaşırlar. Halbuki heç bir bank əməkdaşı və ya rəsmi qurum kartın CVV/CVC kodunu, PIN şifrəsini və ya OTP mesajını müştəridən telefonla və ya mesajla istəmir. Texniki cəhətdən baxsaq, bu hücumların bir çoxu fişinq, yəni saxta saytlar və mesajlar vasitəsilə həyata keçirilir. Həmçinin zəng (vishing) və mesaj (smishing) üsulları ilə də vətəndaşlara təsir edilir. İctimai Wi-Fi şəbəkələrində aparılan əməliyyatlar, zəif şifrələr, kart məlumatlarının telefonun və ya brauzerin yaddaşında saxlanması kimi hallar da riski artıran texniki boşluqlardır”.
Ekspertin sözlərinə görə, burada insan faktorunun rolu çox böyükdür: “Kartın üzərindəki məlumatlar, xüsusən də CVV/CVC kodu və birdəfəlik OTP şifrəsi yalnız alış-veriş zamanı istifadə olunmalıdır. Bu məlumatları heç vaxt tanımadığınız şəxslərlə bölüşməməlisiniz. Təəssüf ki, bəzi hallarda vətəndaşlar kartın hər iki üzünün fotosunu qarşı tərəfə göndərir və bu, artıq birbaşa fırıldaqçılığa qapı açır. Məhz buna görə də maarifləndirmə işi texniki tədbirlər qədər vacibdir. Vətəndaşlarımız bilməlidir ki, bu cür hallarda bir neçə əsas qaydanı yadda saxlamaq kifayət edir: heç kimin şəxsi bank məlumatlarını istəməyə haqqı yoxdur; istənildiyi təqdirdə bu, artıq cinayət əlamətidir. Şübhəli zəng və mesajlar aldıqda dərhal bankla birbaşa əlaqə saxlanmalı və ya hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Onlayn alış-verişlərdə “https://” ilə başlayan təhlükəsiz saytlara üstünlük verilməli, kart məlumatları yaddaşda saxlanmamalıdır”.
E.Abdullayev sonda bir daha vurğulayıb ki, texnoloji cinayətkarlar yalnız sistemləri deyil, insanların düşüncə tərzini manipulyasiya edirlər: “Buna qarşı effektiv mübarizə yalnız banklar və dövlət qurumlarının deyil, hər bir istifadəçinin məsuliyyətindən keçir. Kibertəhlükəsizlik artıq şəxsi məsələ deyil – bu, milli təhlükəsizlik məsələsidir. Təhlükəsizlik fərdin diqqətindən başlayır”.
Nailə Qasımova,
Medianews.az
Süni intelekt yaxın 5 ildə kimləri işsiz qoyacaq? - MÜHÜM AÇIQLAMA
İKT
24.04.2025
Xoş danışığa “Chatgpt” daha yaxşı cavab verir? - Süni intellekt mütəxəssisi ilə müsahibə
İKT
23.04.2025
Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? – AÇIQLAMA - FOTO
Kibertəhlükəsizlik
22.04.2025
Bir neçə ildən sonra bu peşələr yox olacaq: İndidən iş axtarmağa başlayın!
Sosial
22.04.2025
“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə..
Sosial
22.04.2025
Bu saytlara girməyin! Pullarınız oğurlana bilər – Xəbərdarlıq
Kibertəhlükəsizlik
22.04.2025
Türk dünyası üçün Süni İntellekt İnstitutu – Bakı bu yükü daşıya bilərmi?
İKT
22.04.2025
E-İştirak platforması nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
İKT
15.04.2025