22.05.2025
17:16
Kibertəhlükəsizlik
"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ

Bank hesablarındakı vəsaitlərin oğurlanması halları artıq gündəlik həyatın acı reallığına çevrilib. Daxili İşlər Nazirliyi (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib ki, bu ilin ilk dörd ayı ərzində kiber üsulla vətəndaşların bank kartlarından 6 milyon manatdan çox vəsait oğurlanıb.

Bəs bu təhlükə ilə necə mübarizə aparmaq olar?

Ölkə.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, son illər ərzində bank kartlarından pul oğurlanması hallarının artması artıq sadəcə texniki yox, ciddi sosial və iqtisadi problemə çevrilib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün onlarla vətəndaş müxtəlif fırıldaqçılıq üsulları — fişinq, sosial mühəndislik, saxta linklər və zərərli proqram təminatları vasitəsilə zərər çəkir: “Təhlükə o qədər yayılıb ki, bu gün kimsə özünü tam sığortalanmış hesab edə bilməz — bu hadisə sabah bizim də, yaxınlarımızın da başına gələ bilər.

Bu halların qarşısını almağın ən effektiv yolu — əvvəlcə məlumatlı olmaq, sonra isə texniki təhlükəsizlik tədbirlərini gündəlik həyatın bir hissəsinə çevirməkdir. Vətəndaşlar heç bir halda kart nömrəsini, CVV kodunu, OTP təsdiqləmə kodunu heç kimlə paylaşmamalıdır. Əgər bir şəxs “bank əməkdaşı” adı ilə zəng vurub bu məlumatları istəyirsə, bu, artıq birbaşa fırıldaqçılıq əlamətidir. Eyni zamanda, sosial şəbəkələrdə və SMS vasitəsilə gələn linklərə klikləməkdən çəkinmək, yalnız rəsmi tətbiqlərdən istifadə etmək vacibdir. Kartlara gündəlik əməliyyat limiti qoymaq da əlavə təhlükəsizlik qatıdır.

Kibergigiyena mədəniyyəti baxımından isə daha geniş bir maarifləndirməyə ehtiyac var. Bu məsələdə yalnız fərdi məsuliyyət deyil, bankların təhlükəsizlik sistemləri, müvafiq dövlət qurumlarının nəzarəti və media vasitəsilə informasiyanın yayılması da mühüm rol oynayır. Bu, artıq texniki yox, strateji təhlükəsizlik məsələsidir. Hər bir vətəndaş bilməlidir ki, maliyyə təhlükəsizliyi yalnız bankın işi deyil, bu, həm də şəxsi məsuliyyətin ayrılmaz hissəsidir”.

Həmidə İbrahimova

Xəbər lenti

Ookla “Onlayn Azərbaycan”ı dəyərləndirdi - Azərbaycanın internet infrastrukturunda tarixi mərhələ

İnternet

15.06.2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH

İKT

22.05.2025

"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik

22.05.2025

Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO

Kibertəhlükəsizlik

22.05.2025

Пассивный доход для чайников, или как заработать больше, если вы живёте на зарплату

Sosial

22.05.2025

Kimlər insan alverinin qurbanı olur? - Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Sosial

22.05.2025

Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma… https://crossmedia.az/az/article/31194

Sosial

21.05.2025

Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA

Sosial

19.05.2025

Daha çox