22.05.2025
17:16
Kibertəhlükəsizlik
Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO

Rəqəmsal dövrdə internetdən istifadə edən hər bir şəxs şəxsi məlumatlarının təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir. Onlayn alış-veriş, sosial şəbəkələr, mobil tətbiqlər və bank əməliyyatları zamanı vətəndaşlardan ad, soyad, telefon nömrəsi, şəxsiyyət vəsiqəsi məlumatları, kart nömrələri və digər həssas bilgilər tələb oluna bilər. Bu məlumatlar kibercinayətkarların hədəfinə çevrildikdə ciddi fəsadlara yol aça bilər.

Avtosfer.az xəbər verir ki, son illər Azərbaycanda da kibertəhlükələr artmaqda davam edir. Mütəxəssislər vətəndaşların şübhəli keçidlərə daxil olmamaq, rəsmi mənbələrdən olmayan tətbiqləri telefona yükləməmək, həmçinin güclü və fərqli şifrələrdən istifadə etmələrini tövsiyyə edir. Bank və dövlət qurumlarının adından gələn linklərə ehtiyatla yanaşmaq, hər paylaşımı yoxlamaq vacibdir.

Bəs şəxsi məlumatların təhlükəsiz saxlanılması üçün vətəndaşlar konkret olaraq hansı addımları atmalıdır?

Mövzu ilə bağlı İKT üzrə mütəxəssis Elvin Abbasov Avtosfer.az-a açıqlamsında bildirib ki, internetdə şəxsi məlumatların qorunması günümüzdə kibertəhlükəsizlik sahəsində ən vacib məsələlərdən biridir:

“Vətəndaşlar sosial media, onlayn alış-veriş, bank əməliyyatları və mobil tətbiqlər vasitəsilə gündəlik həyatlarında müxtəlif şəxsi məlumatlarını paylaşırlar. Lakin bu məlumatlar kiberdələduzların əsas hədəfinə çevrilə bilər. Bu baxımdan vətəndaşlar ilk növbədə güclü və unikal parollardan istifadə etməli, iki faktorlu autentifikasiya (2FA) funksiyasını aktiv etməli və naməlum keçidlərə (linklərə) klik etməməlidirlər”.

Elvin Abbasov əlavə olaraq qeyd edib ki, şəxsi məlumat tələb edən saytlarda “https” protokolunun aktiv olduğunu yoxlamaq, ictimai Wi-Fi şəbəkələrində bank əməliyyatları və ya qeydiyyat formaları doldurmamaq da ciddi tövsiyə olunur:

“İnsanlar tez-tez mobil tətbiqlərə icazə verdikləri məlumatlara diqqət etmirlər – halbuki bu tətbiqlər kontaktlar, şəkillər və hətta geolokasiya kimi həssas məlumatlara çıxış əldə edə bilər. Nəhayət, məlumatların paylaşılmasında sağlam şübhəcilik vacibdir: nə paylaşdığını və kimlə paylaşdığını hər zaman qiymətləndirmək lazımdır”.

Eltac Zülfüqaroğlu

Xəbər lenti

Ookla “Onlayn Azərbaycan”ı dəyərləndirdi - Azərbaycanın internet infrastrukturunda tarixi mərhələ

İnternet

15.06.2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH

İKT

22.05.2025

"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik

22.05.2025

Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO

Kibertəhlükəsizlik

22.05.2025

Пассивный доход для чайников, или как заработать больше, если вы живёте на зарплату

Sosial

22.05.2025

Kimlər insan alverinin qurbanı olur? - Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Sosial

22.05.2025

Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma… https://crossmedia.az/az/article/31194

Sosial

21.05.2025

Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA

Sosial

19.05.2025

Daha çox