22.05.2025
17:17
İKT
Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, bələdiyyələrin vahid informasiya sisteminə keçidi, idarəetmədə şəffaflığın təmin olunması, maliyyə axınlarının izlənməsi və korrupsiya risklərinin azaldılması məqsədi daşıyır:

“Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bu məsələ geniş müzakirə olunub və Vergi Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunlara təklif olunan dəyişikliklərdə bu istiqamətdə hüquqi baza nəzərdə tutulub. Layihəyə əsasən, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq yaradılacaq vahid informasiya sistemi, dövlət informasiya sistemi statusu daşıyacaq və onun vasitəsilə bələdiyyələrin maliyyə və torpaq idarəçiliyi üzrə məlumatları mərkəzləşdirilən şəkildə toplanacaq. Bu, eyni zamanda yerli büdcə, gəlir və xərclərinin uçotunun daha səmərəli aparılmasına xidmət edəcək. Sistemdə toplanacaq və ondan əldə ediləcək məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə təsdiq olunacaq. Sistemlə bağlı bütün texniki və əməli xərclər isə yerli büdcənin gəlirləri hesabına qarşılanacaq".

Müsahibin sözlərinə görə, yeni informasiya sistemi aşağıdakı əsas problemlərin həllinə yönəlib:

"Bələdiyyə torpaqlarının qeydiyyatı və idarə olunması daha şəffaf və mərkəzləşdirilən şəkildə aparılacaq.

Maliyyə hesabatlılığı və büdcə intizamı gücləndiriləcək.

İdarəetmədə vahid məlumat bazasına əsaslanan qərarvermə imkanları genişlənəcək.

Sistem vətəndaşlara məhdudlaşdırılan informativ çıxış imkanı verəcək.

Bu çərçivədə, onlar aşağıdakı məlumatlara baxa biləcəklər:

Bələdiyyəyə aid torpaqların yerləşdiyi ərazi və təyinatı, yerli büdcə gəlirləri və xərcləri üzrə ümumi məlumatlar.
Bu sistemin tətbiqi ictimai nəzarətin gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə etimadın artırılması və vahid idarəetmə standartlarının formalaşdırılması baxımından mühüm addım hesab olunur”.


Əminə Əliyeva

Xəbər lenti

Ookla “Onlayn Azərbaycan”ı dəyərləndirdi - Azərbaycanın internet infrastrukturunda tarixi mərhələ

İnternet

15.06.2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır- Ekspertdən ŞƏRH

İKT

22.05.2025

"Bank əməkdaşıyam" deyib bunu soruşursa, yalan danışır" - XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik

22.05.2025

Restoranın internetinə qoşulub bank əməliyyatı aparmaq... - İKT MÜTƏXƏSSİSİ TƏHLÜKƏLƏRİ AÇIQLADI - FOTO

Kibertəhlükəsizlik

22.05.2025

Пассивный доход для чайников, или как заработать больше, если вы живёте на зарплату

Sosial

22.05.2025

Kimlər insan alverinin qurbanı olur? - Müəyyən qruplar var ki, pedofil şəxslər üçün...

Sosial

22.05.2025

Bakı Kart-la bağlı texniki problemlər var: Pul çıxır, amma… https://crossmedia.az/az/article/31194

Sosial

21.05.2025

Azərbaycanda sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş həddi tətbiq olunacaq? - AÇIQLAMA

Sosial

19.05.2025

Daha çox